Gəncə sakini bir neçə nəfər tərəfindən döyülüb

Gəncə sakini bir neçə nəfər tərəfindən döyülüb
# 21 sentyabr 2017 08:39 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Rəşad Mustafayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə R. Mustafayev gecə saatlarında bir neçə nəfər tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR