Prokuror iş adamlarına qarşı dələduzluq edən şəxsə cəza istəyib

Prokuror iş adamlarına qarşı dələduzluq edən şəxsə cəza istəyib
# 03 noyabr 2016 13:01 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təsirləndirilən şəxsə 11 il 6 ay həbs cəzası istəyib.

Sonra təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib.

A. Əliyev son söz üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.

İttihama görə, A.Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub. 2007-2008-ci illərdə isə o, iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR