Xələf Xələfov Almaniya Bundestaqının üzvünü qəbul edib

Xələf Xələfov Almaniya Bundestaqının üzvünü qəbul edib
# 30 may 2018 12:29 (UTC +04:00)

Rus ingilis

Avropa-

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, eləcə də Mədəniyyət və Mətbuat Komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbeli qəbul edib.


XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baden-Vürtemberq əyalətindən ilk dəfə parlamentə seçilmiş gənc Bundestaq üzvü N. Löbel CDU/CSU fraksiyasında Qafqaz regionu üzrə məruzəçidir.

O, məruzəçi olduğu ölkələrindən ilk səfərini məhz Azərbaycana həyata keçirməkdədir.

X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək, bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib.


N. Löbel isə ölkəmizə səfərinin Cümhuriyyətimizin 100 illiyi ilə üst-üstə düşdüyünü böyük maraqla bildirib, Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. O, ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd edib.

Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. N. Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edərək, “status-kvo”nun qəbuledilməzliyini bir daha bəyan edib və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirib.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Avropa İttifaqı ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR