“Gilan Holding” “AITF 2018” sərgisində uğurla iştirak edib

“Gilan Holding” “AITF 2018” sərgisində uğurla iştirak edib
# 12 aprel 2018 08:02 (UTC +04:00)

“Gilan Holding” “AITF 2018” 17-ci Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində uğurla iştirak edib. Sərgidə “Gilan Holding”-i “Gilan Hospitality Group” təmsil edib.

Holding-dən “APA-Economics” xəbər verir ki, həm yerli, həm də xarici ziyarətçilər “Gilan Hospitality Group”-un stendinə böyük maraq göstəriblər.

Onlar Qafqaz Otellər Şəbəkəsi, Chenot Palace Hotel Gabala, Pullman Hotel Baku, Qəbələnd Əyləncə Mərkəzi, Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi haqqında məlumat alıb, “Gilan Hospitality Group”-un xidmət və məhsulları ilə tanış olublar. Həmçinin “AITF 2018” sərgisində iştirak “Gilan Hospitality Group”-a yeni biznes əlaqələri qurmaq üçün də imkan yaradıb.

Bakı Ekspo Mərkəzində keçirilən “AITF 2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edib və 90-dan çox turizm istiqamətini əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR