Sabirabadda xəsarətlə nəticələnən yol qəzası baş verib

Sabirabadda xəsarətlə nəticələnən yol qəzası baş verib
# 05 avqust 2017 06:23 (UTC +04:00)

Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında VAZ 2107 markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 1951-ci il təvəllüdlü Sabirabad şəhər Yadulla Paşa oğlu Rəsulov ağır xəsarət alıb.

Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR