Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimai mühazirə keçirilib

Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimai mühazirə keçirilib
# 26 oktyabr 2017 12:32 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti ictimai mühazirəni Azərbaycan Kooperasiya Universitetində keçirib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov belə bir mövzuda mühazirənin təşkil edilməsinə böyük önəm verdiyini bildirib. Vurğulayıb ki, Strateji Yol Xəritələrinin icrasında əmək bazarına daxili olacaq tələbələr xüsusi rol oynayacaq. Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev isə mühazirənin mahiyyəti və məqsədi barədə tələbələrə ətraflı məlumat verib.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda mühazirəyə başlayıb. Ramil Hüseyn universitetin rəhbərliyi bu mühazirə üçün şərait yaratdıqlarına görə təşəkkür edərək vurğulayıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd, iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələri islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir. Daha sonra R.Hüseyn Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətləri, bu islahatlar nəticəsində qeyri-neft sektorunda baş verən inkişaf, sahibkarlara göstərilən dövlət dəstəyi, ixracın təşviqi, 2017-ci ildə qeyri-neft sektoru üzrə ixracda müşahidə olunan artım, Strateji Yol Xəritələrinin qəbulu və onun icrasının nəticələrinin monitorinqi barədə iştirakçılara ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR