İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibləri müəyyənləşib
# 20 iyul 2018 14:59 (UTC +04:00)

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iclasda 01 mart 2018-ci il tarixində elan edilən növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış layihələrlə bağlı yekun qərar verilib.

Adıçəkilən müsabiqə üzrə Fonda təqdim edilmiş 149 layihədən 138-i ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub.

Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub.

Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 39 layihədən 5 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Müsabiqənin qalibi olmuş layihələr aşağıdakılardır:

1. “Sletti”

2. “Ağıllı oyuncaqlar”

3. “www.joinb2b.com”

4. “Məktəbə hazıram”

5. “Virtual cərrahiyyə”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR