"Köln" 39 yaşlı hücumçu transfer edib

"Köln" 39 yaşlı hücumçu transfer edib
# 30 sentyabr 2017 10:33 (UTC +04:00)

"Bavariya"nın sabiq hücumçusu Klaudio Pizarro özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, ötən mövsümü “Verder”də keçirmiş perulu futbolçu karyerasını yenə Almaniyada davam etdirəcək.

Belə ki, 39 yaşlı forvard “Köln”lə anlaşıb. Razılaşmaya əsasən, o, mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, 1999-2016-cı illərdə Peru yığmasının şərəfini qorumuş Klaudio Pizarro millidə 85 oyunda 20 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR