Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib
# 21 yanvar 2018 18:17 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson telefonla Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib.

“Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olduqca narahat edir”, X.Nauert vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR