İŞİD Sinaydakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

İŞİD Sinaydakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb - <span style="color: red;">YENİLƏNİB
# 25 noyabr 2016 18:50 (UTC +04:00)

İŞİD terror qruplaşması Misirin Sinay yarımadasının şimalında nəzarət-buraxılış postuna hücum görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 11 hərbçi ölüb , 12-si yaralanıb.

Ötən gün silahlıların hücumu zamanı nəzarət-buraxılış postunda minalanmış avtomobil partladılıb. Partlayışdan sonra atışma baş verib.

***

20:48

Misirdə silahlıların hücumu nəticəsində ölən hərbçilərin sayı 11 nəfərə çatıb, 12 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Misirin Sinay yarımadasının şimalında, əl-Əriş şəhəri yaxınlığında silahlılar nəzarət-buraxılış postuna hücum edib.

Bu gün hadisə yerində daha üç hərbçinin meyiti tapılıb. Ötən gün silahlıların hücumu zamanı nəzarət-buraxılış postunda minalanmış avtomobil partladılıb. Partlayışdan sonra atışma baş verib. Hücum zamanı postda 30-dək hərbçi olub. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Misir ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR