Bu ilin altı ayı üzrə “Azərkosmos”un əldə etdiyi gəlir açıqlanıb

Bu ilin altı ayı üzrə “Azərkosmos”un əldə etdiyi gəlir açıqlanıb
# 30 iyul 2018 10:28 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin iyul ayı üçün sayında qeyd olunub ki, cari ilin ilk 6 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin iyun ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR