Bank Of Baku

Baş pediatr: “Uşaqları atıb-tutmaq, silkələmək beyin zədələnməsinə səbəb ola bilər”

Erkin Rəhimov

© APA | Erkin Rəhimov

# 06 avqust 2021 15:47 (UTC +04:00)

“Bir çox insanların düşündüyünün əksinə olaraq qatılaşdırılmış südün ana südünü artırmağa təsiri yoxdur, əksinə ziyandır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib. Onun sözlərinə görə, südün artması üçün ilk olaraq ana psixoloji olaraq rahat olmalıdır, bol-bol maye içməlidir:

“Heç bir qida  maye qədər südü artırmır. Tez-tez əmizdirmək lazımdır, xüsusilə də ilk bir həftə və bir ayda. Uşaq tez-tez süd əmdikcə südün artmasına səbəb olur.  Xüsusilə də gecələr süd əmizdirmək südün daha da artmasına səbəb olur. Ana uşağa baxaraq qidasını dəyişə bilər, yəni baxır ki, hansısa qidanı qəbul edəndə uşağa pis təsir edir, ya yox. Təkcə çox şirniyyat qəbulunu məsləhət görmürük. Bir də uşaqla ana ən azı 4 aya qədər eyni otaqda olmalıdır. Ana uşağa baxdıqca hormonları artır, bu da süd artımına səbəb ola bilər”.

Həkim deyib ki, uşaq 21-ci gününə qədər rahat yatırsa, sonra narahat yatırsa demək köp ola bilər: “Bu zaman ana qidasına müəyyən qədər diqqət edə bilər. 1 aydan 3,5 aya qədər uşaqlarda köplə bağlı ağlamaq, narahatlıq ola bilər. Uşaqlarda nevroloji inkişaf pillələri var. Uşaqlar bir-birindən fərqlidir. Bəzən də uşağı silkələyirlər, uşağın beyni balacadır, ətrafı da sudur. Ani silkələnmə beynin zədələnməsinə səbəb ola bilər. Xüsusilə 6 aya qədər qətiyyən olmaz. Atıb-tutmaq, silkələmək olmaz. Eyni zamanda, uşaqlarda sarılıq olur bəzən və 2 həftədən artıq davam edir. Əgər 2 həftədən artıq davam edirsə, əgər başqa diaqnozla hər hansı problem görülmürsə, bu, gec ana südü sarılığı ola bilər. Bu, bəzən 3-4, bəzən hətta 6 aya qədər davam edə bilər. Yenə də süd verilməlidir, südün verdiyi fayda çox üstündür”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR