Apreldə əcnəbilər Azərbaycanda bank kartları ilə 110 mln. manatlıq əməliyyat aparıb

Apreldə əcnəbilər Azərbaycanda bank kartları ilə 110 mln. manatlıq əməliyyat aparıb
# 31 may 2018 12:16 (UTC +04:00)

2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana dünyanın 182 ölkəsindən 847,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin may ayı üçün sayında qeyd olunub ki, hesabat dövründə ölkəmizə gələn xarici vətəndaşların sayına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, cari ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 109,7 milyon manat təşkil edib və ötən ilin aprel ayı ilə müqayisədə 36% artıb.

 

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 23% artaraq 406,4 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR