Liviya sahillərində 16 miqrantın meyiti aşkarlanıb

Liviya sahillərində 16 miqrantın meyiti aşkarlanıb
# 30 oktyabr 2016 17:34 (UTC +04:00)

Liviya sahillərində, Zuvara şəhəri yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların hamısının Afrika ölkələrindən olduğu bildirilir.

Üç gün əvvəl Liviya sahillərində 90 miqrantın itkin düşdüyü barədə məlumat yayılmışdı.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına əsasən, ilin əvvəlindən Avropaya 90 min miqrant gəlib, təxminən 3 min nəfər qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR