Azərbaycanın tanınmış cüdoçusu Kifayət Qasımova 1/16 finalda məğlub olub

Azərbaycanın tanınmış cüdoçusu Kifayət Qasımova 1/16 finalda məğlub olub
# 25 iyun 2015 10:51 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 5 medal dəstinin müəyyənləşəcəyi gündə Azərbaycan millisi 8 cüdoçu ilə təmsil olunub.

Qadınlar arasında 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Kifayət Qasımova 1/16 mərhələdə mübarizəni dayandırıb. O, serbiyalı Yovana Roqiçlə qarşılaşmada məğlub olub.

48 kq çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edir. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələn həmyerlimizin debütü uğurlu alınıb. Şido xalı ilə mərhələ adlayan Əliyeva 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşıb. Lakin o, uğurunu davam etdirə bilməyib və 61 saniyəyə uduzub.

Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkib. Döyüş təmsilçimizin təmiz qələbəsi ilə başa çatıb. Aişə rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşacaq.

52 kq çəki dərəcəsində isə 1/16 final mərhələsində qüvvəsini sınayan Səkinə Zairova israilli Roni Şvartsla üzləşib. Gərgin keçən döyüş rəqibin xeyrinə yekunlaşıb. Cüdoçumuz ipponla uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR