Binəqədidə dil mövzusunda “Məlumat saatı” keçirilib

Binəqədidə dil mövzusunda “Məlumat saatı” keçirilib
# 26 yanvar 2018 07:28 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər” mövzusunda “Məlumat saatı” keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə RİH başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP fəalları, ASAN Könüllüləri və orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak ediblər.

Aygün Əliyevanın açılış nitqindən sonra Nizami Cəfərov məruzə ilə çıxış edib. N. Cəfərov Azərbaycanda dil siyasəti və onun reallıqları barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan dili uzun tarixi yol keçib, bir neçə dəfə baş vermiş əlifba dəyişiklikləri dilimizə təsir göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR