Rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

Rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb
# 20 dekabr 2016 12:14 (UTC +04:00)

Dekabrın 20-də Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib. Ötən il Masallı və Cəlilabad rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara qatılıblar.

Noyabrın 21-dən start verilən müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 36 min nəfər iştirak edib. Dekabr ayının 25-dən sonra Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin, Sabirabad, Şirvan, Hacıqabul, Abşeron, Qubadlı rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin əvvəlki illərdə imtahanda iştirak etməyən müəllimləri üçün qiymətləndirmə keçiriləcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR