ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib

ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib
# 20 dekabr 2019 11:09 (UTC +04:00)

ABŞ-ın Gürcüstandakı yeni səfiri təsdiqlənib.

APA-nın yerli bürosunun xəbərinə görə, ABŞ Senatı Keli Deqnanın (Kelly Degnan) Gürcüstana səfir postuna namizədliyini təsdiqləyib.

K. Deqnan ABŞ-ın Avropada və Afrikadakı Hərbi Dəniz Qüvvələri Komandanının siyasi məsləhətçisi, ABŞ-ın İtaliyada və Kosovoda diplomatik nümayəndəliyinin rəhbərinin müavini, Türkiyədəki səfirliyin siyasi müşavirinin müavini, Əfqanıstandakı hərbi briqadanın mülki təmsilçisi vəzifələrini icra edib.

Diplomat eyni zamanda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi olub.

Qeyd edək ki, ABŞ-ın Gürcüstandakı səfir postu 2018-ci ilin martından boşdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR