"AGBank" ötən ili zərərlə başa vurub

"AGBank" ötən ili zərərlə başa vurub
# 01 fevral 2018 08:23 (UTC +04:00)

2018-ci il yanvarın 1-ə “AGBank”ın cəmi aktivləri 488,403 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.

APA-Economics” xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 282,907 mln. manat təşkil edib ki, bu da 3,18% azalma deməkdir.

Depozit portfeli hesabat dövründə 0,16% artaraq 216,622 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 169,943 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 7,49% artım deməkdir. Bankın cəmi öhdəlikləri isə 5,4% azalaraq 441,233 mln. manat olub.

Hesabat dövründə “AGBank”ın nizamnamə kapitalı sabit qalaraq 102 mln. 200 min manat təşkil edib.

Qeyd edək ki, “AGBank” ötən ili 6 687,76 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR