Azərbaycan Bolqarıstanda mükafata layiq görülüb

Azərbaycan Bolqarıstanda mükafata layiq görülüb
# 21 dekabr 2016 16:47 (UTC +04:00)

Bolqarıstanın nüfuzlu “Standart” qəzetinin təşəbbüsü ilə keçirilən “Bolqarıstan möcüzələri” kampaniyası çərçivəsində Bolqarıstanın Milli Tarix Muzeyində rəsmi mükafatlandırma mərasimi keçirilib.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Bolqarıstan Xalq Məclisində təmsil olunan partiyaların fraksiya rəhbərləri, mədəniyyət nazirliyinin rəsmiləri, Bolqarıstan Pravoslav Kilsəsinin nümayəndələri, Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Sosialist partiyasının lideri Korneliya Ninova, həmçinin biznesmenlər iştirak ediblər.

Tədbirdə ölkəmizə “2016-cı ilin mesenatı” kateqoriyasında fəxri fərman verilib. Fəxri fərman Bolqarıstanın mədəniyyət nazirinin müavini, məşhur arxeoloq xanım Boni Petrunova tərəfindən səfir Nərgiz Qurbanovaya təqdim edilib. Çıxışında nazir müavini Veliko Tırnovo şəhərində yerləşən və Bolqarıstan üçün xüsusi əhəmiyyət kəsb edən “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına verdiyi dəyərli töhfəyə görə Azərbaycan tərəfinə bolqar xalqı adından təşəkkür edib.

Səfir N. Qurbanova isə Azərbaycana bu kateqoriyada təltifnamə təqdim edilməsinə, eləcə də bolqar xalqının ölkəmizə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib və Azərbaycan tərəfinin orta əsr Bolqarıstan memarlığının incisi olan “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına yardım etdiyinə görə fəxr etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR