Azərbaycanın dövlət başçısı Peru prezidentinə məktub göndərib

Azərbaycanın dövlət başçısı Peru prezidentinə məktub göndərib
# 27 iyul 2018 16:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Peru prezidenti Martin Vizkarra Kornexoya məktub göndərib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR