Bank Of Baku

İsveçrə Əməkdaşlıq Təşkilatı Azərbaycandakı layihələrə 10,8 milyon dollar ayıracaq

İsveçrə Əməkdaşlıq Təşkilatı Azərbaycandakı layihələrə 10,8 milyon dollar ayıracaq
# 13 dekabr 2021 11:54 (UTC +04:00)

“2017-2021-ci illərdə İsveçrə Əməkdaşlıq Proqramı çərçivəsində Cənubi Qafqaz regionunda uğurlu fəaliyyət reallaşdırılıb, iqtisadi inkişaf və idarəçilik sahəsində 30 layihə həyata keçirilib”.

APA-nın xəbərinə görə, bu barədə İsveçrə Əməkdaşlıq Təşkilatının rəhbəri Alberto Hernandez “2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üzrə yeni İsveçrə Əməkdaşlıq Proqramı”nın təqdimatı ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, Əməkdaşlıq Strategiyasının əsas dəstəkçiləri İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyidir və Beynəlxalq Strategiyada aşağıdakı məqsədlər əsas götürülüb: "İqtisadi inkişaf, yoxsulluğun azaldılması; ətraf mühit; sülh idarəetməsi və insan kapitalının inkişafı".

Alberto Hernandez İsveçrə Əməkdaşlıq Təşkilatının əməkdaşlıq proqramı çərçivəsində görülən işlərə toxunub.

“Bu əməkdaşlıq proqramı çərçivəsində biz müxtəlif Nazirliklər səviyyəsində Azərbaycan hökumətinin makroiqtisadi proqnozlaşdırma bacarıqlarının inkişafı, ictimai borcların idarə olunması strategiyasının işlənməsində, ərzaq təhlükəsizliyi agentliyinə standartların hazırlanmasında dəstək vermişik, üç qadın resurs mərkəzlərini dəstəkləmişik ki, nəticədə 190 qadın iş yeri və ya öz biznesinə başlamaq imkanı əldə edib. Biz aqrolayihələrə dəstək vermişik çünki bu sahənin maliyyələşməsinə önəm veririk və bunun əhəmiyyətini başa düşürük".

Alberto Hernandez 4 məqsədə çatmağı hədəflədiklərini qeyd edib.

"Yeni 2022-2025-ci il Əməkdaşlıq Proqramında ölkələrin ehtiyaclarına diqqət yönəldəcəyik, ölkələrin müyyənləşdirdiyi sahələrə dəstək verəcəyik, o sahələrə dəstək verəcəyik ki, dəstəyimizin əlavə dəyəri olsun. İnkluziv iqtisadi inkişaf, iqtisadi idarəetmə, iqlim dəyişikliyi və təbii resurslara əsas diqqət yönəldəcəyik və 4 məqsədə nail olmağı planlaşdırırıq".

Alberto Hernandez İsveçrənin Cənubi Qafqaz regionu üzrə “2022-2025-ci illər üzrə yeni Əməkdaşlıq Proqramı”nın ümumi büdcəsinin 80 milyon İsveçrə frankı təşkil etdiyini söyləyib.

"Yeni Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycandakı layihələrə 10 milyon İsveçrə frankı (10,8 milyon dollar) ayrılacaq. Regional layihələrə isə 50 milyon İsveçrə frankı ayrılacaq ki, bu layihələrdən də digər iki ölkə ilə yanaşı, Azərbaycan da yararlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR