ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
# 20 iyul 2018 08:51 (UTC +04:00)

"Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana da gedəcəyəm".

APA-nın xəbərinə görə, bu barədə ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında deyib. O bildirib ki, səfərin məqsədi Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır.

“Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə A. Dezir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR