Buxarestdə iğtişaşlar zamanı 4 nəfər yaralanıb - YENİLƏNİB

Buxarestdə iğtişaşlar zamanı 4 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2017 01:15 (UTC +04:00)

Rumıniyanın paytaxtı Buxarestə baş verən nümayiş iğtişaş və polislə qarşıdurma ilə nəticələnib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, kütləvi iğtişaşlar zamanı 4 nəfər yaralanıb.

Xəstəxanaya iki etirazçı və iki polis əməkdaşı çatdırılıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Polis tərəfindən 6 nəfərin saxlanıldığı bildirilir. Hazırda Buxarestdə meydanda bir neçə yüz nümayişçi aksiyanı davam etdirir.

Buxarestə təxminən 100 min nəfərin iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilib. Buna səbəb hökumətin cinayət məcəlləsində etdiyi dəyişikliklər və amnistiya haqqında qərarı olub.

***

01:29

Rumıniyanın paytaxtı Buxarestə təxminən 100 min nəfərin iştirakı ilə hökumət əleyhinə nümayiş keçirilir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb hökumətin cinayət məcəlləsində etdiyi dəyişikliklər və amnistiya haqqında qərarı olub.

Məlumata əsasən, ölkənin digər şəhərlərində irimiqyaslı etiraz aksiyalarında iştirak etmək üçün küçələrə 140 mindən çox insan çıxıb.

Rumıniyalılar qatı cinayətkarlar və korrupsiya ilə bağlı dustaqlıqda olan siyasətçilərin azadlığa çıxacağından narahatdırlar. Yerli medianın qənaətinə görə, bu, Rumıniyada son 25 ildə keçirilən ən irimiqyaslı etiraz aksiyalarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR