"İpək Yolu Sığorta"nın aktivləri azalıb

"İpək Yolu Sığorta"nın aktivləri azalıb
# 27 mart 2018 15:09 (UTC +04:00)

"İpək Yolu Sığorta" ASC ötən il aktivlərini azaldıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, " İpək Yolu Sığorta"nın cəmi aktivləri 2016-cı il ilə müqayisədə 7,99% azalaraq 36 mln. 756 min 256,23 manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 278,895 min manat, qısamüddətli aktivləri 35 mln. 477,360 min manat təşkil edib.

İl ərzində şirkətin cəmi öhdəlikləri 35,97% azalaraq 9 mln. 960,736 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 9 mln. 950,247 min manat, qısamüddətli öhdəlikləri isə 10,488 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı sabit qalaraq artaraq 14 mln. 770 min manat, cəmi kapitalı isə 9,84% artaraq 26 mln. 795 min 519 manat təşkil edib.

2017-ci ildə "İpək Yolu Sığorta"nın cəmi gəlirləri 21 mln. 039 min 683,05 manat, cəmi xərcləri 18 mln. 034 min 687,75 manat olub.


Şirkət ötən ili 3 mln. 004 min 995,30 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR