Son 3 ildə qrant hesabına Çindən alınan texnikaların sayı açıqlanıb

Son 3 ildə qrant hesabına Çindən alınan texnikaların sayı açıqlanıb
# 04 aprel 2018 10:59 (UTC +04:00)

"Qrant hesabına 3 il ərzində Çindən zibildaşıyan, sudaşıyan, kanalizasiya təmizləyən maşınlar, qreyderlər, kranlarda daxil olmaqla təxminən 163 texnika alınıb".

"APA-Economics " xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

A.Şərifovun sözlərinə görə, alınan texnika ölkənin bütün bölgələrinə paylanılıb.

"Son illər ərzində Çindən 70 milyon dollarlıq qrant alınıb. Düzdür, 70 milyon dolların hamısı alınmayıb, haradasa 7-8 milyon dollarıq sifariş hələ qalıb. Gələn illər üçün də sifarişlər verilib", - deyə baş nazirin müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR