Gələn ilin martından Bakı-Əbu-Dabi marşrutu üzrə birbaşa aviareys açılacaq

Gələn ilin martından Bakı-Əbu-Dabi marşrutu üzrə birbaşa aviareys açılacaq
# 16 oktyabr 2017 13:46 (UTC +04:00)

2018-ci ilin 2 mart tarixindən etibarən “Etihad” hava yolları Əbu-Dabi-Bakı birbaşa aviareysinə start verəcək.

APA-Economics” xəbər verir ki, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.

Bu marşrut Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Azərbaycan arasında olan yeni marşrutdur. Aviareyslər 136 nəfərlik (16 biznes-klass, 120 ekonom klass) “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

“Biz Əbu-Dabidən bir çox inkişaf etmiş şəhərlərə birbaşa aviareyslər təşkil etməyə başlamışıq. Son zamanlar Azərbaycana artan maraq səbəbindən bu ölkənin paytaxtına həyata keçirəcəyimiz uçuşları səbirsizliklə gözləyirik”, - deyə “Etihad” hava yollarının baş icraçı direktoru Piter Baumqartner bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR