Rusiyada bir nəfər piyadalara bıçaqla xəsarət yetirib

Rusiyada bir nəfər piyadalara bıçaqla xəsarət yetirib
# 29 sentyabr 2017 12:18 (UTC +04:00)

Rusiyanın Sverdlovsk vilayətinin Şalinsk rayonunun Şamari kəndində bir nəfər əlində bıçaqla küçədə hərəkət edən piyadalara hücum edib.

APA-nn “ura.ru”ua istinadən xəbərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxsin əvvəl məhkum həyatı yaşadığı deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR