"PAŞA Bank"ın mənfəəti 24 mln. manatı ötüb

"PAŞA Bank"ın mənfəəti 24 mln. manatı ötüb
# 20 iyul 2017 10:56 (UTC +04:00)

"PAŞA Bank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin I yarısında 3 mlrd. 333,835 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63,59% çoxdur.


"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 19,30% artaraq 819,948 mln. manat olub.


"PAŞA Bank"ın depozit portfeli hesabat dövrü ərzində 2,1 dəfə artaraq 2 mlrd. 642,777 mln. manata çatıb. Bankın öhdəlikləri 1,8 dəfə artaraq 2 mlrd. 976,609 mln. manat təşkil edib.


Bankın nizamnamə kapitalı dəyişməyərək 333 mln. manat qalıb. Bununla yanaşı, bankın məcmu kapitalı 210 mln. 481,6 mln. manatdır ki, bu da tənzimləyicinin kapitala olan minimal tələbdən 4,2 dəfə çoxdur.


Bank ilin ilk yarısını 24,363 mln. min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR