Səfir: "Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin həcmi azalıb"

Səfir: "Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin həcmi azalıb"
# 13 dekabr 2017 07:44 (UTC +04:00)

“Azərbaycan və İsveçrə arasında ticarət dövriyyəsinin həcmi azalıb”.

Bunu APA-ya İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder deyib. O bildirib ki, İsveçrə və Azərbaycan arasında əvvəl ticarət əlaqələri 1 milyard dollara qədər yüksəlib: "Bu ilə dair yekun rəqəm hələ bilinməsə də, 300-400 milyon dollar civarında olduğu ehtimal edilir”.

Səfir qeyd edib ki, Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunmalıdır: “Azərbaycanda 20-dək böyük İsveçrə şirkəti var. Təbii ki, onlar da Azərbaycanda investisiya qoyuluşuna diqqət etməlidir. Bu da şirkətlərin daxili qərarlarına əsaslanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR