Lavrov və Tillerson Donbasa dair Minsk razılaşmalarını müzakirə ediblər

Lavrov və Tillerson Donbasa dair Minsk razılaşmalarını müzakirə ediblər
# 20 sentyabr 2017 06:07 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla Ukrayna üzrə Minsk sazişlərinin icrasını müzakirə edib.

“Ukrayna ilə bağlı məsələ, sözsüz ki, nizamlanmalıdır. Bunun üçün çox konkret yanaşma var – Minsk razılaşmaları”, - deyə Lavrov görüşdən sonra brifinqdə deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər bu sənədlərə sadiqliyini bir daha təsdiqləyiblər: “Bu razılaşmalar tam şəkildə icra olunmalıdır”.

Lavrov və Tillerson həmçinin Rəqqa və Deyr əz-Zorda İŞİD-ə qarşı əməliyyatları müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR