Mehman Hüseynovla bağlı məhkəmə istintaqı başa çatıb

Mehman Hüseynovla bağlı məhkəmə istintaqı başa çatıb
# 01 dekabr 2017 13:05 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində blogger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda vəkil Şəhla Hümbətova Mehman Hüseynovun hazırladığı reportajlarla bağlı vəsatət verib. O, həmin reportajlara baxılmasını istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

İclasda məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edilib.

Proses dekabrın 15-də davam edəcək.

Qeyd edək ki, sentyabrın 29-da Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Həmin hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR