Sarı dənizdə balıqçı gəmisi tankerlə toqquşub, 13 nəfər ölüb

Sarı dənizdə balıqçı gəmisi tankerlə toqquşub, 13 nəfər ölüb
# 03 dekabr 2017 07:54 (UTC +04:00)

Bu gün səhər saatlarında Sarı dənizdə Yonxındo adası yaxınlığında Cənubi Koreya bayrağı altında üzən balıqçı gəmisi tankerlə toqquşub.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində 20 sərnişin və 2 heyət üzvü olub.

Yerli vaxtla səhər saat 06.12 radələrində baş verən hadisə zamanı ən azı 13 nəfər ölüb, 2 nəfər itkin düşüb. Toqquşma baş verən əraziyə 4 vertolyot və 14 gəmi göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR