“Neftçi” baxışa qvineyalı hücumçu dəvət edib

“Neftçi” baxışa qvineyalı hücumçu dəvət edib
# 26 noyabr 2019 17:12 (UTC +04:00)

“Neftçi” baxışa daha bir futbolçu dəvət edib.

Apasport.az saytının məlumatına görə, bu, qvineyalı Nabi Silladır. 21 yaşlı Silla hücumçudur.

“Soar Akademiyası”nın (2008-2014) yetirməsi olan futbolçu vətənində “Satellit” (2015-2017), “Qanqan” (2017-2018) və “Koyah” (2018-2019) klublarında çıxış edib. Qvineyanın U-17 və U-20 milli komandasının formasını geyinmiş Nabi Silla U-23-ün üzvüdür.

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Nabi Silla haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, digər qvineyalı futbolçu – 19 yaşlı hücumameylli yarımmüdafiəçi Yamussa Kamara da hazırda baxışdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR