Samur-Abşeron kanalında batan şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB

Samur-Abşeron kanalında batan şəxsin kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB
# 26 may 2018 10:28 (UTC +04:00)

Samur-Abşeron kanalında batan şəxsin kimliyi müəyyənləşib.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, mayın 25-də saat 18 radələrində Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini Dəyanət Nəbiyev idarə etdiyi “T-25” markalı traktoru Samur-Abşeron kanalına aşırıb və nəticədə suda boğulub.

Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.

***

08.58

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Samur-Abşeron kanalının Qusar rayonunun Urva kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.


APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR