Prezident Əfqanıstan hərbçilərinin Azərbaycanda təhsil almalarını nəzərdə tutan sazişi təsdiqləyib

Prezident Əfqanıstan hərbçilərinin Azərbaycanda təhsil almalarını nəzərdə tutan sazişi təsdiqləyib
# 03 noyabr 2017 14:34 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” saziş 2017-ci il martın 29-da Bakı şəhərində və mayın 13-də Kabil şəhərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR