Sumqayıtda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutulub

Sumqayıtda piyadanı avtomobillə vuraraq qaçan sürücü tutulub
# 13 mart 2018 08:39 (UTC +04:00)

Martın 11-də Sumqayıt şəhər sakini Mehman Hüseynovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və M.Hüseynovun həmin gün saat 20 radələrində S.Vurğun küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa zamanda hadisənin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Qubadlı rayon sakini Gündüz Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR