Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb
ONA AŞPA-nın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, assambleyanın növbəti sessiyası aprelin 8-12-də keçiriləcək. Yaz sessiyası zamanı Gürcüstan və Ermənistan baş nazirlərinin çıxışı nəzərdə tutulub. Həmçinin assambleyada BMT ilə əməkdaşlığın gücləndirilməsi və davamlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə dair müzakirələr keçiriləcək. Avropa Şurasının İnsan Hüquqları üzrə müvəkkili Dunya Miyatoviç illik hesabatını təqdim edəcək.
AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Xarici siyasət

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçiriləcək

Azərbaycan XİN: Ermənistan sərhəddə süni gərginlik yaratmaq məqsədi güdür
