“Caspian European Club”un İdarə Heyətinə seçkilərin vaxtı oktyabrın 18-nə keçirilib

“Caspian European Club”un İdarə Heyətinə seçkilərin vaxtı oktyabrın 18-nə keçirilib
# 19 sentyabr 2017 15:56 (UTC +04:00)

Sentyabrın 20-nə planlaşdırılan “Caspian European Club”un İdarə Heyərinə əsas seçkilərin vaxtı dəyişdirilərək oktyabrın 18-nə keçirilib.

Bu barədə “APA-Economics”ə “Caspian Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsinin səbəbi namizədlərin böyük hissəsinin http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytındakı seçkiqabağı səsvermədə tələb olunan sayda səs toplamamasıdır.

“Seçkilərin vaxtının dəyişdirilməsi yalnız “Caspian European Club” üzvlərinin deyil, həmçinin bu və ya digər namizədə rəğbət bəsləyən digər internet istifadəçilərinin də iştirak edə biləcəkləri seçkiqabağı səsvermənin şəffaflığını bir daha nümayiş etdirir. Əsas seçkilərə isə yalnız “Caspian European Club”un üzvləri qatıla biləcəklər”, - deyə Telman Əliyev qeyd edib.

“Seçkilər turizm sektoruna həsr olunmuş və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə keçiriləcək “Caspian Energy Forum”un xüsusi sessiyası (Caspian Energy Tourism Forum) çərçivəsində baş tutacaq. Seçkilərin nəticələri elə həmin günün ikinci yarısında - oktyabrın 18-də saat 15:00-da “Caspian European Club” və “Caspian American Club” çərçivəsində “Vergi Məcəlləsinə dəyişikliklər” mövzusunda “Barattson School of Business and Finance” tədris mərkəzinin sədri Azər Qəmbərovun keçirəcəyi seminarda açıqlanacaq”, - deyə o bildirib.

Yuxarıda qeyd olunan tədbirlərə bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://www.caspianenergy.org/index.php/registration

Telman Əliyev xatırladıb ki, əsas seçkilərdən əvvəl cari il mayın 17-dən etibarən ilkin səsvermələr təşkil olunmaqdadır. Qeydiyyatdan keçmiş istənilən istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər.

“Namizəd əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün 1000-dən çox səs toplamalıdır”, - deyə Telman Əliyev əlavə edib və bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR