Polşada Smolenskdəki aviaqəzada ölmüş daha bir nəfərin meyiti eksqumasiya olunub

Polşada Smolenskdəki aviaqəzada ölmüş daha bir nəfərin meyiti eksqumasiya olunub
# 28 mart 2017 09:34 (UTC +04:00)

İçərisində Polşa prezidenti Lex Kaçinskinin də olduğu "Tu-154" təyyarəsinin Rusiyada qəzaya uğraması zamanı həlak olan daha bir nəfərin meyiti eksqumasiya olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Polşa Prokurorluğunun rəsmi nümayəndəsi Yeva Byalik deyib. O bildirib ki, bununla da həmin hadisə ilə əlaqədar meyiti eksqumasiya olunanların sayı 16 nəfər çatıb: “Varşava hərbi məzarlığında eksqumasiya olunan bu şəxs Stansilav Mikkedir. O hakim, vəkil, yazıçı və Müharibə qurbanlarının xatirəsinin qorunması Şurasının sədr müavini olub".

Eksqumasiya Polşada təyyarə qəzasının səbəblərinin yenidən araşdırılması çərçivəsində həyata keçirilir. Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Mariya Kaçinskinin meyiti 2016-cı ilin noyabrında eksqumasiya olunub.

Xatırladaq ki, "Tu-154" təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR