Kriştianu Ronaldo: “Messi pis futbolçudur”

Kriştianu Ronaldo: “Messi pis futbolçudur”
# 22 yanvar 2018 10:38 (UTC +04:00)

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo “Barselona”nın üzvü Lionel Messini pis futbolçu adlandırıb. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri “Marca” nəşri yayıb.

İspaniya çempionatının XX turunda “Deportivo” ilə keçirilən oyundan öncə futbolçularla birgə meydana çıxan uşaqlardan biri Ronaldoya “Mənə görə dünyanın ən yaxşısı sənsən, Messi isə...” deyib. Bu zaman portuqaliyalı superulduz müdaxilə edərək, cümləni özü bitirib: “Messi isə pis futbolçudur”.

Qeyd edək ki, Ronaldonun dubla imza atdığı qarşılaşmada “Real” “Deportivo”nu 7:1 hesablı məğlubiyyətə uğradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR