Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində "VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə. qaraj və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.