Beynəlxalq Muğam Mərkəzində “Sib-Duo” qrupunun konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində “Sib-Duo” qrupunun konserti olacaq
# 31 oktyabr 2016 12:12 (UTC +04:00)

Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın “Sib-Duo” qrupunun konserti olacaq.

APA-nın məlumatına görə, “Dünya Kuboku” və “Dünya Trofeyinin” qalibləri olan “Sib-Duo” qrupu Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən 4 il bundan öncə yaradılıb.

Bu, qrupun Bakıda ilk çıxışıdır. Muğam Mərkəzində konsertdən sonra Sib-Duo qrupunun 11 noyabrda Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzində dinləyicilərlə görüşü olacaq. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən böyük musiqi forum və festivallarında iştirak edib.

“Sib-Duo” qrupunun repertuarına dünya və rus musiqisi, estrada və caz janrından nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR