Gürcüstanda azərbaycanlı gənc xəstəxanada müəmmalı şəkildə ölüb

Gürcüstanda azərbaycanlı gənc xəstəxanada müəmmalı şəkildə ölüb
# 07 may 2018 11:29 (UTC +04:00)

Ötən gün Gürcüstanın Marneuli rayon sakini, 20 yaşlı Kənan Əliyev Tbilisidə klinikalardan birində müəmmalı şəkildə ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, azərbaycanlı gənc bir neçə gün öncə burnundan güclü qan axdığı üçün xəstəxanaya yerləşdirilib. Daha sonra o, Tbilisiyə xəstəxanaya çatdırılıb.

Gəncin ailə üzvləri onun ölüm səbəbinin müəyyən olunmasını tələb edirlər. Ailə bildirib ki, K. Əliyev xəstəxanaya çatdırılanda həkimlər onun həyatına təhlükə olmadığını deyiblər. Lakin gənc xəstəxanada ölüb.

K. Əliyevin meyiti müvafiq ekspertizadan sonra ailəsinə təhvil verilib. Ailə üzvləri gəncin ölüm səbəbini həkimlərin səhlənkarlığı ilə əlaqələndirir və günahkarların cəzalandırılmasını tələb edirlər. Onlar məhkəməyə də müraciət etmək niyyətindədirlər.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR