Meksikada jurnalist döyülərək qətlə yetirilib

Meksikada jurnalist döyülərək qətlə yetirilib
# 29 may 2018 22:37 (UTC +04:00)

Meksikanın Syudad Viktoriya şəhərində jurnalist Ektor Qonsales amansızcasına döyülərək qətlə yetirilib. APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Tamaulipas ştatının baş prokurorluğu məlumat yayıb.

Məlumata görə, “Imagen” media qrupunun jurnalisti küçənin ortasında qətlə yetirilib. Naməlum şəxslərin ona çoxlu sayda zərbə endirdiyi bildirilir.

Polis hadisənin səbəbləri və təfərrüatlarını müəyyənləşdirir.

Qeyd edək ki, Meksikada 2017-ci ildə 12, bu ilin əvvəlindən isə artıq 6 jurnalist öldürülüb. 2010-cu ildən bu vaxtadək Meksikada 76 reportyor qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR