İlham Əliyev: “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında “Abşeron” qaz yatağı da olacaq

İlham Əliyev: “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında  “Abşeron” qaz yatağı da olacaq
# 31 dekabr 2016 22:23 (UTC +04:00)

“Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaq".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.

Dövlət rəhbəri “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini qeyd edib: "2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində önəmli addımlar atılıb. Bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası Bakıda keçirilib və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulayıblar. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Bu, tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilib və beləliklə, “Cənub” Qaz Dəhlizini qidalandıracaq layihələr arasında təkcə “Şahdəniz” layihəsi deyil, eyni zamanda, “Abşeron” qaz yatağı da olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR