“Petkim”in kreditlər üzrə borcu 28% artıb

“Petkim”in kreditlər üzrə borcu 28% artıb
# 11 avqust 2017 12:15 (UTC +04:00)

Bu ilin II rübündə Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” kompleksinin cəmi borcları 2 mlrd. 158 mln. 90 min lirə təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,72% çoxdur.

APA-Economics” şirkətin bu ilin yanvar iyun ayları üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövrünə “Petkim”in qısamüddətli kredit borcu 915 mln. 350 min lirə, uzunmüddətli kredit borcu isə 1 mlrd. 103 mln. 814 min lirə təşkil edib.

Bu ilin iyulun 1-nə şirkətin Türkiyə lirəsində qısamüddətli maliyyə borcları illik 10,20 və 13,35% arasında olan sabit faizli, ABŞ dollarında qısamüddətli maliyyə borcları illik 1,34% və 2,19% arasında olan sabit faizli kreditlərdən, ABŞ dollarında uzunmüddətli maliyyə borcları illik 0,3% və 5,97% arasında olan sabit və dəyişkən faizli kreditlərdən, avroda uzunmüddətli maliyyə borcları illik Euribor +0,75% və 3% arasında olan sabit və dəyişkən faizli kreditlərdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR