Xaçmazda həyətyanı sahədən qədim qəbir daşları tapılıb

Xaçmazda həyətyanı sahədən qədim qəbir daşları tapılıb
# 29 may 2018 13:02 (UTC +04:00)

Xaçmaz rayonu, Hülövlü kənd sakininin həyətyanı sahəsindən çox qədim olduğu ehtimal edilən qəbir daşları tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini İmaməli Bəşirovun həyətyanı sahəsində texnika ilə qazıntı işləri aparan zaman aşkar edilən tarixi qəbir daşları barədə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verilib.

İ. Bəşirovun sözlərinə görə, ərazidə qazıntı işləri saxlanılıb.

O bildirib ki, qəbir daşları üzərindəki yazıları tərcümə etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR