Yunanıstan səfiri: “Azərbaycanla ticarət əlaqələrinin səviyyəsindən narazıyıq”

Yunanıstan səfiri: “Azərbaycanla ticarət əlaqələrinin səviyyəsindən narazıyıq”
# 10 fevral 2017 10:16 (UTC +04:00)

Yunanıstan Azərbaycanla ticarət sahəsində münasibətlərin səviyyəsindən məmnun deyil.

APA-nın məlumatına görə, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsounqas Azərbaycan Gənc Diplomatlar Birliyinin "Auditoriyada səfirdir" layihəsi çərçivəsində çıxışı zamanı dedi.

“Fikrimcə, iki ölkə münasibətlərinin ən aşağı səviyyədə olan sahəsi ticarət əlaqələridir. Biz bundan narazıyıq. Biz istərdik ki, hər iki ölkənin rəflərində həm yunan, həm Azərbaycan məhsulları olsun. Biz bu sahədə çalışırıq”, - deyə o, söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR