Bank Of Baku

KİV: "Taliban" Kabildəki prezident sarayına daxil olub - VİDEO - YENİLƏNİB

KİV: "Taliban" Kabildəki prezident sarayına daxil olub  - VİDEO  - YENİLƏNİB
# 15 avqust 2021 20:40 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:55

"Taliban" radikal hərəkatının yaraqlıları Əfqanıstanın paytaxtı Kabildə prezident sarayına girib.

APA bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı Əfqanıstan mətbuatına istinadən xəbər verir.

Eyni zamanda hərəkatının sözçüsü Zabiullah Mücahid "Tolo News" telekanalının efirində bildirib ki, "Taliban" Kabilə daxil olmaq üçün müraciət alıb, şəhərdəki təhlükəsizlik vəziyyətini nəzarət altında saxlayacaqlar.

***

Saat 19:38

"Taliban" sülh yolu ilə Kabilə girib.

APA bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR